11 sentyabr 2024 01:58
365

Qəhvə içənlər və siqaret çəkənlər Parkinson xəstəliyindən daha az əziyyət çəkirlər?

Kofein həyəcanlandırır və enerji verir."Rosiya" kanalında  "Ən vacibi haqqında" verilişində maraqlı bir fakt ortaya qoyulub: Siqaret çəkənlər və qəhvə içənlər Parkinson xəstəliyi kimi xoşagəlməz nevroloji xəstəliyə daha az həssasdırlar.

Proqram ekspertlərinin fikrincə, parkinsonizmdə nikotindən asılılığa cavabdeh olan mərkəzlərin zərər çəkməsi nəzəriyyəsi var. Buna görə də Parkinson xəstəliyinə meyilli insanlar siqaret çəkmirlər - onların bu fəaliyyətə həvəsi yoxdur. Ancaq xatırlamaq lazımdır ki, siqaret özlüyündə xəstəliklərdən qorumur və əlavə olaraq, sağlamlıq üçün digər ciddi fəsadlarda yol açır. Həmçinin çoxlu qəhvə içən insanların Parkinson xəstəliyinə tutulma riskinin daha az olduğu elmi şəkildə sübut olunub.

Nubar Süleymanova, “İki sahil”