12 sentyabr 2024 12:55
211

İtaliya ilə əməkdaşlığımız tək enerji və ticarətlə  məhdudlaşmır

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

Prezident İtaliya  ilə   Azərbaycanın  uzun illər  ərzində  strateji  tərəfdaş kimi   fəaliyyət  göstərdiyini   vurğulayıb.  Dövlətlərin   əməkdaşlığı  bir çox sahəni əhatə edir.  Prezidentimiz   öz çıxışında   İtaliya   ilə  ticarət  əməkdaşlağımızın   fəal olduğunu,  Azərbaycanın  İtaliyanın  bir  nömrəli  neft  və   ikinci   ən  böyük  qaz  təchizatçısı  olduğunu da iştirakçıların nəzərinə  çatdırıb:

“Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.

İtaliya ilə  əməkdaşlığımız  tək  enerji və  ticarətlə  məhdudlaşmır,  humanitar  məsələlər   üzərində də  fəal  işlər görülür.  Artıq   İtaliya-Azərbaycan  Universiteti  fəaliyyətə  başlayıb. Bu gün və gələcəkdə  orada  təhsil  alacaq   gənclər  gələcəkdə  İtaliya  ilə  bağlantı   rolunda  çıxış   edəcəklər.  Onlar  İtalyan dilində   səlis  danışaraq   İtalyan mədəniyyətini, tarixini  yaxından  tanıyacaqlar.  Münasibətlər   qarşılıqlı   etimad  və  hörmət  üzərində  qurularsa  o zaman  tərəqqinin  şahidi  ola  bilərik.

Prezident  İlham  Əliyev  “Yeni  geosiyasi  şəraitdə  Azərbaycanın rolu”  mövzusuna da  toxunaraq   ən böyük   geosiyasi  dəyişikliyin  azərbaycanın  ərazi   bütövlüyünün,  suverenliyinin  bərpasının,  münaqişəyə  son   qoyulmasını vurğulayıb. İşğal  altında  olan  ərzilərimizin   böyük   hissəsi 2020-ci  ildə   44 günlük  Vətən  müharibəsi  nəticəsində  azad  edildi.  Lakin separatçılar   dövlətimizin  suverenliyinə   xələl  gətirməyə  çalışsalar  da bu məsələyə  sonuncu  nöqtə  ötən  ilin  sentyabr  ayında   son  qoyuldu   və  Azərbaycanın   suverenliyi  tam  şəkildə  bərpa  olundu.

“Ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”.

Prezident  öz  çıxışında  sonuncu  məqam kimi  ən böyük  iqlim  konfransına – COP29-a  ev  sahibliyi  edəcəyimizdən  də  bəhs edib. Bu qərar   200-ə  yaxın  ölkə  arasında  konsensusa əsaslanır. Biz  bunu  Azərbaycana   ehtiramın  təzahürü   hesab edirik.  Tarixdə  ilk  dəfə  COP bizim  regionumuzda  keçiriləcək.

Hər  kəsə  məlumdur ki,  iqlim  mövzusu   ölkələri  və   xalqları  ayıran  bir  mövzudur. Kim  planetimizə   daha  xələl gətirməkdə   daha   çox   günahkardır,     kim   daha   çox   ödəmələdir   və s. Kimi  ittiham və iddialar var. Prezident  həmçinin Avropa  İttifaqının   10  rəsmi  üzvü  ilə  strateji   tərəfdar   olduğumuzu  və  yaxşı  nəticə  hasil   edə  biləcəyimizi  vurğulayıb.

N.Mahmudova,
24 nömrəli tam  orta məktəbin  müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü