12 sentyabr 2024 23:13
292

Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq - Şalva Papuaşvili

Gürcüstanda keçiriləcək parlament seçkisi dövründə ölkənin daxili işlərinə xarici müdaxilə faktları var. Hökumət bütün işlərdən xəbərdardır”.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

Onun sözlərinə görə, Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi barədə faktlar var. Gürcüstan hakimiyyəti bunu seçkiqabağı müdaxilə kimi qiymətləndirib, bundan sonra maliyyələşmə dayandırılıb.

“Bizim öz kəşfiyyat materiallarımız var. Lazımi yerlərdə danışırıq. Danimarkanın maliyyə yardımı haqqında danışdıq və onu dayandırdıq. İndi biz videoçarxların maliyyələşdirilməsi kampaniyası haqqında danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədirlər. Buna baxmayaraq biz bu məsələdə də müsbət nəticə əldə edəcəyik”, - deyə Papuaşvili vurğulayıb.