Türkiyədə həbsxanadan qaçan şəxs polisdən qaçarkən damdan yıxılaraq yaralanıb.
“İki sahil” xəbər verir ki, hadisə Diyarbakırda baş verib.
Belə ki, polis qrupları Batman həbsxanasından qaçan və 13 fərqli cinayətdən 33 il 6 ay həbs cəzasına məhkum edilmiş D.T.-nin Bismil rayonunun Tekel məhəlləsindəki evində görüntülənməsi ilə bağlı əməliyyat keçirib.
Yaşayış yerində axtarış aparılarkən polisin “saxla” xəbərdarlığına tabe olmayan D.T. qaçmağa başlayıb.
D.T. evin damına çıxıb. Qonşu evin damına tullanmaq istəyərkən yerə yıxılaraq xəsarət alıb.
Polisin müşayiəti ilə sağlamlıq qrupları tərəfindən Bismil Dövlət Xəstəxanasına aparılan D.T.-nin sol ayağının qırıldığı öyrənilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır
İtaliya Prezidenti: Qəzzadakı sülhlə bağlı ümid qığılcımı Ukraynaya da yayıla bilər