15 sentyabr 2024 23:10
232

Nizami rayonunda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "GEELY TUGELLA" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.