18 sentyabr 2024 02:28
225

Ermənistan terroru dövlət səviyyəsində himayə edən yeganə dövlətdir

Bu gün dünyadakı ən qəddar 27 terror təşkilatının 12-si məhz ermənilərə aiddir

Bu gün Ermənistan yeganə dövlətdir ki, işğalçılığı və terroru dövlət siyasəti səviyyəsində həyata keçirir. Hətta bu barbar ölkənin Konstitusiyasında beynəlxalq hüququn prinsiplərinə tamamilə zidd olan qonşu ölkələrə ərazi iddiası var. Eyni zamanda, Ermənistanın dövlət gerbində Türkiyə Respublikasının ərazisindəki Ağrı dağının simvolu yer alıb. Bundan başqa, Ermənistan bayrağındakı günəşin çıxış və batışını simvolizə edən rənglərdə isə «gündoğandan günbatana qədər bizimdir» sərsəmləməsi mövcuddur. 

Ən acınacaqlısı isə odur ki, ermənilərin terror ideologiyası həmişə kilsə tərəfindən dəstəklənib. Hətta vəhşi erməni xislətində  terrorla, soyqırımla fəxr etmək kimi iyrəncliklər  yer alır. Bu gün dünyadakı  ən amansız 27 terror təşkilatının 12-si məhz ermənilərə aiddi. Onların son 100 il ərzində Almaniyada, ABŞ-da, Avstriyada, Suriyada, Rusiyada, Livanda, İtaliyada, Türkiyədə, Azərbaycanda  törətdikləri yüzlərlə terror aktları nəticəsində minlərlə insan həlak olub. Həmin terror təşkilatları aşağıdakı  adlarla fəaliyyət göstəriblər: «Armenakan», «Hnçak», «Daşnaksütyun», «Sasna Tser», «ASOA», «ASALA», «Geqaron», «Orli qrupu», «Apostol»… Hətta həmin terror təşkilatından biri olan «Daşnaksütyun» siyasi partiya kimi də fəaliyyətdədir.

Erməni terrorundan ən çox əziyyət çəkən qardaş Türkiyə ilə Azərbaycandır. Belə ki, hələ Osmanlı imperiyası dövründə, 1872-ci ildə Van şəhərində qurulan «Qara Xaç Cəmiyyəti» ilk erməni terror təşkilatlarından sayılır. Cəmiyyət erməni gəncləri  Osmanlı imperiyasına qarşı silahlandırıb üsyanlar təşkil edir, «tarixi hayastanın» düşmən tapdağından xilasına səsləyirdilər. Erməni terrorunda Osmanlı imperiyasının çöküşünü arzulayan Qərb ölkələri xüsusi canfəşanlıq göstərirdilər. Onlar Osmanlıdakı ermənilərlə birləşərək yerlərdə üsyanlar qaldırırdılar. Bu zaman ucqar kəndlərə daxil olan silahlı ermənilər dinc əhaliyə divan tutur, qoca, yaşlı, uşaq, qadın demədən hər kəsi vəhşicəsinə qətlə yetirir, meyitləri təhqir edir,  insanlara olmazın işgəncələr verirdilər. Arxiv sənədlərində yüzlərlə belə qanlı hadisələr var. Məhz bu səbəbdən də 1915-ci il hadisələrini siyasi manipulyasiya vasitəsi edən Ermənistan Türkiyənin «arxivləri açaq» təklifindən hələ də yayınmağa çalışır.

Bundan başqa, hayların yaratdıqları ən qəddar «Daşnaksütyun» ( qisas tanrısı ) terror təşkilatını üzvləri 1920-ci ildən başlayaraq Azərbaycan Demokratik Respublikasının (ADR) keçmiş baş naziri Fətəli Xan Xoyskini, keçmiş daxili işlər naziri Behbud xan Cavanşiri qətlə yetirir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədovu isə yaralayırlar. Terrorçu təşkilatın hədəfləri siyahısında Zeynalabdin Tağıyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Məmmədəmin Rəsulzadə, Topçubaşov kimi şəxslərin də adları olub.

Qətllər bununla bitmir və ümumiyyətlə, Türkiyə və Azərbaycandan olan 650 nəfərin adı qara siyahıya salınaraq Türkiyədən olan bir sıra məşhur şəxs də erməni terrorunun qurbanına çevrilir. Məsələn, Osmanlı imperiyasının sabiq daxili işlər naziri Tələt Paşa, Səid Hilmi Paşa, Trabzon valisi Camal Əzim, kəşfiyyatçı Bahəddin Şakir, hərbi dəniz qüvvələri naziri Camal Paşa da terror qurbanı olublar. Dəhşətli faktdır ki, Tələt Paşanı qətlə yetirən Somoqon Teyleryan məhkəmənin hökmü ilə azadlığa buraxılır. Bu isə yuxarıda qeyd edilən faktı, erməni terrorunun hamilərindən birinin Qərbin siyasi dairələri olmasını təsdiqləyir. 

Ermənilərin daha bir qəddar terror təşkilatı Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu- ASALA-dır. Bu terror təşkilatı 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın məqsədi guya Türkiyə hökumətini 1915-ci ildə erməni soyqırımına görə məsuliyyətini açıq şəkildə etiraf etməyə, təzminat ödəməyə və erməni vətəni üçün ərazi verməyə məcbur etmək idi. Bunun üçün  Avropa ölkələrində fəaliyyət göstərən türk diplomatlarını qətlə yetirməyə başladılar. ASALA-nın tanınmış terrorçu liderləri  Aleks Yenikomşiyan və Monte Melkonyan idilər. Monte Melkonyan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçiləri tərəfindən gəbərdildi.  ASALA fəaliyyət göstərdiyi müddətdə Sovet hökuməti, Yunanıstan, Suriya, İran və Fələstin onlara geniş himayədarlıq edirdi. Həmçinin xaricdəki erməni kilsələrindən dəideoloji və maddi  yardımlar alırdılar.

ASALA-nın 1983-cü ilin 15 iyul tarixində Fransadakı Türk Hava Yollarının ofisi qarşısında törətdiyi terrorda 8 nəfər öldü, 55 nəfər yaralandı. Bu terrorçu təşkilatın Livanda və Yunanıstanda təlim düşərgələri fəaliyyət göstərirdi. Türkiyənin Fransadakı səfiri İsmayıl Erez və sürücüsü Talib Yenerin qətli, səfir Zəki Küneralp, Bəşir Balsoğlu, Neqla Küneralpın da öldürülməsi onların növbəti qanlı cinayəti idi. Həmin illərdə Los-Anceles, Sidney, Boston, Belqrad kimi şəhərlərdə də türk diplomatlarına qarşı silsilə qanlı terror aktı törədilib. Təşkilatın sonuncu terror aktı isə İrəvanda reallaşıb. Belə ki,  2023-cü ilin  oktyabrın 3- də İrəvanda fəaliyyət göstərən yeganə yəhudi sinaqoquna hücum təşkil edilib. Onlar İsraili Azərbaycana dəstək verməkdə ittiham ediblər.

Erməni terror təşkilatlarının digər qanlı  hədəfi  Azərbaycan idi. Vandal millətin şərəf və ləyaqəti, ədaləti olmadığı kimi, mərhəmətdən də kasad olduqları onların xalqımıza qarşı törətdikləri qanlı terrorların miqyasından da aydın görünür. Ötən əsrin sonlarına yaxın müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni terror qruplaşmaları Azərbaycana qarşı fəallaşmağa başladılar. Məqsəd  Birinci Qarabağ müharibəsinin getdiyi ərazidən xeyli kənarda terror aktları törədərək çoxsaylı insan tələfatına səbəb olmaqla xalqımızı qorxutmaq idi. Belə ki, 1989-cu ilin 16 sentyabr tarixində Tbilisi-Bakı marşrutu üzrə  hərəkət edən sərnişin avtobusu partladıldı. Nəticədə 5 nəfər həlak olmaqla 25 nəfər yaralandı. 1990-cı ilin fevralın 18-də Şuşa-Bakı, həmin ilin iyul 11-də isə  Tərtər-Kəlbəcər sərnişin avtobusu terrora məruz qalmaqla 14 nəfər öldürülür, 35 nəfər yaralanır. Avqustun 10-da Tbilisi-Ağdam avtobusunun partladılması 20 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olur. Eyni gündə isə Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı avtobus partladılır. Nəticədə 17 nəfər həlak olur, 26 nəfər isə yaralanır. Təbii ki, bu terror hadisələrinin hamısı deyil və bu qara siyahını uzatmaq da olar.

Hayların vətəndaşlarımıza qarşı terror aktları digər ölkələrdə, xüsusən Rusiyada da davam edib. Məsələn, 1991-ci ilin 30 may tarixində Dağıstanın Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb. Nəticədə  11 nəfər həlak olub, 22 nəfər  yaralanıb. Ondan iki ay sonra  Dağıstanın Temirtau stansiyası yaxınlığında növbəti dəvə Moskva-Bakı sərnişin qatarı partladılır.  16 nəfər həlak olub, 20 nəfər ağır yaralanıb.  1992-ci ilin  yanvarın 8-də Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı 25 nəfərin ölümünə, 88 nəfərin yaralanmasına səbəb olur. 1993-cü ilin fevralın 28-də Şimali Qafqazın Qudermes stansiyasında Kislovodsk-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb. Həmçinin 1992-ci ildə törədilən Xocalı, Qaradağlı, Meşəli soyqırımları də məhz erməni terrorunun qanlı sifətinin göstəricisidir.

Hətta onlar bu çoxsaylı terror aktları ilə kifayətlənməyərək  paytaxtımızda yeni terror hadisələri törətməyə başlamışdılar. 1993-cü ilin iyununda ermənilər tərəfindən Bakıya göndərilən İqor Xatkovski Bakı dəmir yolu vağzalında sərnişin qatarını partladıb. 1994-cü ilin 1 fevral tarixində Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarında törədilən terror aktı 3 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına, həmçinin həmin ilin martın 19-da Bakı metropoliteninin «20 Yanvar» stansiyasında törədilən terror aktı isə  14 nəfərin ölümünə, 49 nəfərin yaralanmasına səbəb olmuşdu.

Təbii ki, ermənilərin törətdikləri terror hadisələrini  sadalamaqla qurtaran deyil. Lakin həm İkinci Qarabağ müharibəsində, həm də ötən ilin sentyabrın 20 –də birgünlük antiterror tədbirlərində əldə edilən tarixi qələbələrimiz, istər işğalçı Ermənistana, istərsə də onun himayə etdiyi terrorçu təşkilatlara ən ağır zərbə oldu. Xüsusilə on illərdir ki, qatı terrorçuların məskunlaşdığı Xankəndidə xuntanın birdəfəlik ləğvi hayların «dənizdən- dənizə  böyük Ermənistan » sərsəm ideologiyasını birdəfəlik tarixin zibilliyinə atdı.  Ən başlıcası isə terror qurbanları olan vətəndaşlarımızın qanı yerdə qalmadı. İndi onların incik və narahat ruhlarının dincələn vaxtlarıdır.

Elçin Zaman, «İki sahil»