18 sentyabr 2024 01:56
176

Marka fiqurları necə icad edilmişdir?

“Rolls-Royce”, “Mercedes-Benz” və bəzi digər istehsalçıların avtomobil modellərində kapotda marka “heykəlcik” quraşdırılmışdır. Hazırda bu, sadəcə brendin tanınmasını artıran korporativ elementdir. Lakin əvvəllər praktiki əhəmiyyət kəsb edirdi.

İlkin avtomobillərdə radiator qapağı kapotun qalan hissəsindən asılı olmayaraq açılırdı və bu qapağın temperaturu soyuducu suyun istiləşmə dərəcəsini müəyyən etmək üçün istifadə edilə bilərdi. Sonradan “Boyce MotoMeter” şirkəti, qapağı açmadan sürücülərin görə biləcəyi xüsusi radiator termometrləri icad etdi və istehsal etməyə başladı.

Avtomobil istehsalçıları anladılar ki, bu element brendləşdirmə məqsədləri üçün istifadə edilə bilər. Avtomobil sənayesi inkişaf etdikcə termometrlərə ehtiyac qalmadı və markaların fərqli dizayn edilmiş fiqurları kök saldı və bu günə qədər də istifadə edilir.

Nubar Süleymanova, “İki sahil”