18 sentyabr 2024 00:13
224

Hepatit ağcaqanad dişləməsi ilə keçə bilərmi?

Rusiya hepatit B və C-yə yoluxma hallarının yüksək olduğu dörd ölkədən biridir. Özünüzü viruslardan necə qorumaq, infeksiyanı tanımaq və onlar haqqında nəyin if nəyin doğru olması haqqında doktor Aleksandr Myasnikov "Rossiya" telekanalında yayımlanan sağlamlıq verilişində danışıb.

Hepatit B və C-yə yoluxma adətən qan vasitəsilə baş verir. Lakin bu o demək deyil ki, ağcaqanad bu təhlükəli xəstəliyin daşıyıcısına çevrilə bilər.

"Ağcaqanad dişləməsi ilə siz, məsələn, malyariyaya yoluxa bilərsiniz. Malyariya da qaraciyərin əziyyət çəkdiyi bir xəstəlikdir. Lakin hepatit B və C ağcaqanad dişləməsi ilə ötürülmür.

Son zamanlar tatu və pirsinqlərin populyarlığını qeyd edən Aleksandr Myasnikov döymə salonlarına baş çəkdikdən sonra hepatit üçün qan testi etməyi tövsiyə edir.

"Virusdan qorunmaq üçün, əgər söhbət hepatit B-dən gedirsə bu zaman pirsinqlərə, stomatoloqlara, dırnaq salonlarına, tatuajlara, əməliyyatlara çox ciddi münasibət əsasdır. Yəni, daimi nəzarət. Xəstə olduğunuzu nə qədər tez başa düşsəniz, müalicədə uğur əldə etmək şansı bir o qədər çox olar”, - deyə həkim məsləhət görüb.

Nubar Süleymanova, “İki sahil”