18 sentyabr 2024 00:26
168

Rusiya Ukraynanın itkilərini açıqladı - 937-ci gün

Rusiya müharibənin 937-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 31 658 PUA-sı, 579 zenit-raket kompleksi, 18 157 tank və digər zirehli texnikası, 1 454 reaktiv yaylım atəş sistemi, 14 708 artilleriya və minaatanı, 26 148 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.