19 sentyabr 2024 07:53
104

Fransanın dənizaşırı ərazilərində gərginlik artıb

Fransanın dənizaşırı ərazilərində gərginlik artıb.

"İki sahil" “Figaro”ya istinadla xəbər verir ki, Yeni Kaledoniyanın paytaxtı Numeada polis etiraz aksiyası zamanı bir nəfəri öldürüb. Ümumilikdə, apreldən indiyədək yeni seçki qanununa qarşı etirazlarda 12 nəfər öldürülüb. Martinik departamentində isə qiymət artımına qarşı etirazlar polislə toqquşmaya çevrilib. Yerli polis rəisinin komendant saatı tətbiq etmək qərarı gərginliyin daha da artması ilə nəticələnib.

Fransa Milli Statistika İnstitutunun məlumatına görə, Martinikdə ərzaq məhsullarının qiyməti Parisdəkindən 40 faiz bahadır. Fort-de-Frans şəhərinin ticarət şəbəkəsi rəhbərlərinin polis rəisi ilə danışıqları nəticəsiz başa çatıb. Ticarətçilər yalnız Martinikdə tətbiq edilən xüsusi dəniz vergisinin ləğvini tələb edirlər.