20 sentyabr 2024 03:41
94

Miqreni aradan qaldıran üç məhsul

Miqren dünyada ən çox rast gəlinən üçüncü xəstəlikdir. Bir milyarddan çox insan miqrenlə tanışdır. Planetin demək olar ki, hər yeddinci sakini bu xəstəlikdən əziyyət çəkir. Rusiyalı professor-gerontoloq Svetlana Trofimova və həkim Sergey Aqapkin “Rusiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” sağlamlıq tok-şousunda ağrıdan qurtulmaq üçün tövsiyələr veriblər.

Əgər başınız bir tərəfdən ağrıyırsa və dözə bilməyəcək qədər şiddətlidirsə, bu, miqrendir. Ağrılı problemin həllinə dünya mütəxəssisləri XX əsrin ikinci yarısında ilk vazokonstriktor dərmanlarının - ergotamin və triptanların icad edildiyi zaman yaxınlaşdılar. Son illərdə həkimlər beyindəki xüsusi reseptoru hədəf alan və tutmaların qarşısını alan monoklonal anticisimlər təyin edirlər.

Ancaq ağrıya qarşı böyük “silahlardan” istifadə etməzdən əvvəl hər kəsin mətbəxində olan kiçik şeyləri sınamağa dəyər. Mütəxəssislər miqren ağrısını yüngülləşdirən qidalar sırasına tərkibində kapsaisin olan zəncəfil, zərdəçal və qırmızı bibəri əlavə ediblər.

Nubar Süleymanova, “İki sahil”