20 sentyabr 2024 23:11
78

Payızda mövsümü süstlüklə necə mübarizə aparmalı?

Payızda gümrah və şən qalmaq çətindir: yuxululuq hər gün daha çox “hücum edir”. Rusiyalı həkim Sergey Aqapkin mövsümi süstlüyün səbəblərini izah edib və ondan necə qurtulmaqla bağlı danışıb.

Gündüz saatlarının azalması, çöldə havanın temperaturunun aşağı düşməsi, xroniki xəstəliklərin kəskinləşməsi, pəhriz və stress səviyyəsinin dəyişməsi - bütün bunlar payızda yuxululuğa səbəb olur. Payız günündə yuxulu olmağınızın səbəblərini aşkar etməklə, faydalı enerji mənbəyi tapa bilərsiniz. Həkim Sergey Agapkin “Rossiya I” telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişinin yeni buraxılışında yorğunluğu aradan qaldırmağın bir neçə yolunu tövsiyə edib:

Parlaq işıqları yandırın: İşıq terapiyası qış yuxusundan qaçmağa və gündüz saatlarının qısaldığı vaxtda adaptasiyanıza kömək edəcək.

Hamamda isti duş: Soyuq mövsümdə bu, sizə enerji təkanı verəcək.

Xroniki xəstəliklərin müalicəsinə diqqət yetirin və ağciyərlərə faydalı olan nəfəs məşqləri edin. Doktor Aqapkin, həmçinin duzlu su ilə qarqara etməyi məsləhət görür.

Vitaminlərlə zəngin qidalar yeyin.

Müntəzəm olaraq idman edin: Fiziki fəaliyyət stresin öhdəsindən gəlməyə kömək edir. İş gününün sonunda mümkün olduqca fiziki fəaliyyət lazımdır.

Nubar Süleymanova, “İki sahil”