SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs tələbəsi Zeynalxan Quliyev “Microsoft” şirkətində kritik təhlükəsizlik boşluğu taparaq adını “Microsoft”un Şərəf lövhəsinə yazdırıb. Nəticədə ona pul mükafatı təqdim olunub.
“İki sahil” xəbər verir ki, bununla yanaşı Zeynalxan “Panasonic”, Avropa İttifaqının (CERT-EU), Monash, Lenovo, Opera və Cisco kimi tanınmış şirkətlərin veb saytlarında da müxtəlif təhlükəsizlik boşluqları aşkar edib. Bu araşdırmalar nəticəsində də bir sıra mükafatlar alıb.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO