23 sentyabr 2024 20:39
125

Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qazaxıstanlı nazir "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.