24 sentyabr 2024 11:37
89

Qəddimizi dikəldən Böyük Qələbə

Dörd il bundan öncə sentyabrım 27-də qızıl hərflərlə Azərbaycan tarixinin yeni səhifəsi yazılmağa başladı. 2020-ci ilin həmin günündə Azərbaycanın 20 faizini işğal etmiş xain qonşularımıza-Ermənistana qarşı Vətən müharibəsi başlandı. Azərbaycan 30 il idi ki, dözür, 1994-cü ildə imzalanmış atəşkəs sənədinə əməl edir, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırdı. Dövlətimiz münaqişənin həlli ilə bağlı irəli sürülən mütərəqqi layihələrin əksəriyyətini həyata keçirməyə hazır idi. Lakin düşmən iştahası böyük oldu. Ermənistan 90-cı illərdə bir neçə dəfə slüh sazişinin imzalanmasında boyun qaçırmışdı. Səbəb isə bəlli idi: düşmən daha ox ərazilər ilhaq etmək istəyir, Qarabağı birdəfəlik özünə birləşdirməyə çalışırdı. Bu isə mümkün deyildi. Çünki istər ulu öndər Heydər Əliyevin dönəmində, istərsə də prezident İlham Əliyevin dövründə Azərbaycan ordu islahatlarını sürətləndirmiş, müasir tipli silahlı qüvvələr formalaşdırmağa başlamışdı. “Sülh istəyirsənsə, müharibəyə hazır ol”, “düşmənlə dostluq et, amma ehtiyatı əldən vermə” prinsipinə sadiq olan Azərbaycan dövləti 30 ildə hərbi vətənpərvərlik tərbiyəsinə önəm vermiş, gənc nəsildə işğalçıya nifrət hissi aşılaya bilmişdi.

Prezident İlham Əliyev dəfələrlə bununla bağlı çıxışlarında deyirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və gec-tez işğalçını torpaqlarından qovacaq.

Əslində Azərbaycan xalqını ayıq-sayıq olmağa vadar edən düşmənin məkri və tarixi dərslər idi. Tarixin bütün dövrlərində azərbaycanlılar Cənubi Qafqaza köçüb gəlmiş emrənilərə qucaq açmış, isti yuva vermiş, onları ən bərəkətli, səfalı torpaqlarda yerləşdirmişdi. Lakin bu humanistliyimizin bədəli hər zaman ağır olmuşdu. 1918-ci ildə dinc azərbaycanlılar erməni silahlı quldurlarının hədəfinə çevrilmiş, minlərlə soydaşımız həlak olmuşdu. 1992-c ildə Qarabağın azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən soyqırım aktları törədilmişdi. Meşəli, Cəmilli, Başlıbelli, Qaradağlı, nəhayət Xocalıda əsrin dəhşətli qırğınları, qətliamları baş vermişdi.

Azərbaycanlılara qarşı bu qədər dəhşətli qırğınları yaşatmış erməni quldurları, şovinistləri yenə sülhə gəlmir, tez-tez atəşkəsi pozur, sərhəd bölgələrində yaşayan dinc azərbaycanlıları hədəf alır, qətlə yetirirdi. 2020-ci ilin 16 uyulunda bıcaq sümüyə dirəndi. Tovuz istiqamətində atəşəsi pozan, Azərbaycana qarşı hərbi təxribata əl atan Ermənistan ordusunun xain hücumu nəticəsində general Polad Həşimov başda olmaqla bir neçə hərbçimiz şəhid oldu. Bu hadisə Azərbaycan xalqının qəzəb hissini alovlandırdı. Müzəffər ali baş komandan, prezident İlham Əliyevin çağırışı ilə minlərlə soydaşımız könüllü olaraq savaşa hazır olduğunu bildirdi.

Nəyahət, 27 sentyabrda başlanan hərbi əməliyyatlar düşmənin uydurduğu “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. Müharibənin elə ilk günlərində keçilməz sayılan “Ohanyan səddi” darmadağın edildi. Qısa zamanda Azərbaycan ordusu minlərlə erməni quldurunu məhv etdi, düşməni hərbi texnikasını ələ keçirdi, 30 il işğal altında saxlanılan şəhər və qəsəbələrimiz düşmən tapdağından azad edildi.

Çox təəssüf ki, Azərbaycan tərəfinin itkiləri də az olmadı. Amma nə yazıq ki, tarixin heç bir dövründə vətən savaşı, namus davası itkisiz ötüşməyib. Azərbaycan münaqişənin sülh yolu ilə ədlaətli həllinə tərəfdar idi. Nə yazıq ki, düşmən işğalçı siyasətindən əl məkmədi. Ermənistan tərəfinin iküzlü və saxtakar siyasəti Azərbaycanı Vətən savaşına başlamağa vadar etdi. Müzəffər ordumuz cəmi 44 gün milli qürurumuzu bərpa etdi, qəddimiz dikəldi. Cəmi 44 gündə yeni bir xalq doğuldu-qalib Azərbaycan xalqı. Müzəffər ali baş komandan, cənab İlham Əliyevin dediyi kimi biz qələbəni əziz şəhidlərimizə, qəhrəman qazilərimizə borcluyuq.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 il davam edən erməni vandalizminə son qoydu. Ərazilərimizdə həyata keçirilən ekoloji terror dayandırıldı. Doğma yurdlarımız murdar tapdaqdan azad olundu.

2023-cü ilin  19 sentyabrında isə daha bir tarix yazıldı. Cəmi 23 saat davam edən lokal hərbi əməliyyatlar nəticəsində Qarabağda yuva salmış erməni quldurlarının son sığınacağı məhv edildi. 1988-ci ildən bu yana Cənubi Qafqazı qan çanağına çevirmiş Qarabağ münaqişəsi tarixin arxivinə atıldı. Bütün bunlara ordumuzun qəhrəmanlğı və prezident İlham Əliyevin yüksək diplomatik bacarığı, sərkərdəlik qabiliyyəti, çevik manevrləri, məqsədyönlü peşəkar siyasəti sayəsində nail olduq.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini