24 sentyabr 2024 16:17
85

Azərbaycan yeni minaatan istehsal edib

Azərbaycan yeni minaatan istehsal edib.

“İki sahil” xəbər verir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

Minaatanın atış məsafəsi 2 400 metrdir. Bunun digər minaatanlardan fərqi çəkisinin az olması və rahatlıqla daşınmasıdır.

Minaatan artıq sınaqdan keçirilərək Azərbaycan Ordusunun istifadəsinə verilib.