25 sentyabr 2024 00:12
78

Beyin qocalmasını yavaşlatmağın 3 yolu

Bir çox insan yaşlandıqca zehni qabiliyyətləri azalır və yaddaşı zəifləyir.  Rusiyalı gerontoloq Elena Korşun "Rossiya" telekanalında "Ən vacibi haqqında" tok-şousunda ölümcül dəyişikliklərin inkişafının necə dayandırılması haqqında danışıb.

Hipertoniya, şəkərli diabet və damar xəstəlikləri beynin vəziyyətinə mənfi təsir göstərir. Həm də həddindən artıq iş və istirahətin olmaması, həmçinin balanssız qidalanma və viral infeksiyalar da öz təsirini göstərir.

Yetkinlik dövründə neyronların fəaliyyətini bərpa etmək üçün cəhd etmək mütləqdir. İlk növbədə yuxunu yaxşılaşdırmaq və gündə ən az 7-8 saat yatmaq lazımdır. Bütün zehni pozğunluqlar üçün profilaktik tədbir olaraq xarici dil öyrənməyə başlamağa dəyər. Həmçinin tərkibində fosfatidilserin olan məhsullar qəbul etmək tövsiyə olunur. Bu maddə beyin fəaliyyətini aktivləşdirir və yaddaşa, konsentrasiyaya və düşüncəyə faydalı təsir göstərir.

Nubar Süleymanova, “İki sahil”