24 sentyabr 2024 18:45
86

Azərbaycan və Çin hava nəqliyyatı sahəsində məsələlərin həlli üçün əməkdaşlıq edəcək

Azərbaycan və Çin hava nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələlərin daha operativ həlli üçün müvafiq işçi qruplarının əməkdaşlığı barədə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşdük. İki ölkə arasında hava nəqliyyatı sahəsində perspektivləri müzakirə etdik. Qarşılıqlı maraq doğuran məsələlərin daha operativ həlli üçün müvafiq işçi qruplarının əməkdaşlığı barədə razılığa gəldik”, - deyə o qeyd edib.