25 sentyabr 2024 08:50
99

ÜST: Rəqəmsal texnologiyanın mənfi təsiri gənclərin sağlamlığı üçün böyük narahatlıq doğurur

Dünyada hər 10-cu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır. Rəqəmsal texnologiyanın mənfi təsiri gənclərin sağlamlığı üçün böyük narahatlıq doğurur.

“İki sahil” xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir. Qeyd olunub ki, ÜST-nin Avropa Regional Bürosunun yeni məlumatları yeniyetmələr arasında problemli sosial mediadan istifadənin 2018-ci ildəki 7%-dən 2022-ci ildə 11%-ə qədər kəskin artdığını göstərib. Bundan əlavə, yeniyetmələrin 12%-i rəqəmsal oyunlarla bağlı problemli davranış riski altındadır. ÜST ekspertləri aydınlaşdırıblar ki, hesabatda sosial mediadan problemli istifadə asılılıq əlamətləri ilə xarakterizə olunan davranış nümunəsi kimi müəyyən edilib.

Təşkilat qeyd edib ki, təqdim olunan məlumatlar 2022-ci ildə Avropa, Mərkəzi Asiya və Kanadada 11, 13 və 15 yaşlı təxminən 280 min uşaq və yeniyetmənin iştirak etdiyi “Məktəb yaşlı uşaqların sağlamlıq davranışı” araşdırmasının bir hissəsi kimi əldə edilib.