25 sentyabr 2024 11:04
81

"Karbon vergisi” həmkar qurumlarla müzakirələrin mühüm istiqamətidir"

Azərbaycanda “karbon vergisi” və yaxud analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir.

“İki sahil” xəbər verir ki,  bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyasının azaldılması məqsədilə “karbon vergisi” və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi, karbon vergisinin vergitutma obyekti olan karbon emissiyasının ölçülməsi sisteminin ölkəmizdə yaradılması, hazırda ətraf mühitin qorunması üçün dünya ölkələrində tətbiq edilən karbon qiymətləri siyasi tədbirlərinin ölkəmizdə tətbiqi prosesləri hazırda hökumətdə həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla, beyin mərkəzləri, təhsil müəssisələri və əlaqəli sənayelərlə əməkdaşlıq edirik. Bu sahədə həm təcrübələri öyrənirik, həm də mövcud təcrübələrin yaratdığı çağırışları birgə müzakirə edirik, ölkəmiz üçün düzgün vergi qoyma siyasətini müəyyən edirik", - deyə o qeyd edib.