25 sentyabr 2024 12:10
78

Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verilib

İqtisadiyyat nazirinin keçmiş müavini Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verilib.

“İki sahil” xəbər verir ki, o, qurumun İqtisadiyyat şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, S.Həsənova ötən ilin noyabr ayında vəzifəsindən azad edilib. O, 2006-cı ildən nazir müavini idi.