25 sentyabr 2024 15:20
77

Slovakiya ilə 13 yeni sənəd imzalana bilər

Azərbaycanla Slovakiya arasında 13 yeni sənədin imzalanması nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.

"Azərbaycanla Slovakiya arasında əməkdaşlıq üçün hüquqi bazamız genişlənib, ölkələrimiz 14 sənəd imzalayıb. Slovakiyanın Baş nazir Robert Fitsonun bu ilin may ayındakı səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə möhkəmlənən əlaqələrimiz müxtəlif sektorlar üzrə əlaqələrin dərinləşməsinə yol açacaqr. Onu da qeyd edim ki, biz 2021-ci ilin oktyabr ayında sənaye, tikinti, nəqliyyat, logistika da daxil olmaqla geniş sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzaladıq. Bu saziş bizim iqtisadi tərəfdaşlığımız üçün möhkəm zəmin yaradıb",- deyə o qeyd edib.