25 sentyabr 2024 18:15
100

Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün tam ödəyib.

“İki sahil” xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.