25 sentyabr 2024 18:33
97

Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somali Respublikasının müdafiə naziri cənab Abdulkadir Məhəmməd Nur ilə görüşüb.  

“İki sahil” xəbər verir ki,  görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.