27 sentyabr 2024 16:54
89

Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün deyil

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimiz  və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmiz  qarşısında yeni perspektivlər açdı. Xüsusilə, ən böyük gücümüz Vətən  müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirməyimiz oldu. Bundan sonra isə dövlətimizin qarşısında duran əsas məsələ işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qaıyıdışı təmin etmək oldu. Həm Qarabağda, Həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri başladı və bü gün də sürətlə davam edir.

44 günlük müharibədən məğlub çıxan haylar hələ də anlamırlar ki, dəmir yumruq hər zaman onların başının üzərindədir. Azərbaycanın haqlı şərtlərini qəbul etməsələr və revanşizm barədə düşünsələr yenidən ağır vəziyyətə düşəcəklər. Hələ də onlar  İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Buna görə də Azərbaycan dövləti qarşısında dayanan mühüm vəzifələrdən biri hərbi qüdrətimizin daha da artırılmasıdır. Müasir dünyada gedən proseslər, yeni müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.

23 sentyabr 2024-cü il tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev öz çıxışında dövlətimizin qazandığı uğurlar və qarşıda dayanan vəzifələrlə bağlı ətraflı təhlillər apardı. Dövlət başçısı qeyd etdi ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Yeni Komando Qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artacaq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. Yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir. Biz xarici mənbələrdən daha az asılı olmalıyıq.

200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərar əsasında COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Qalib Azərbaycan dövləti və müdrik xalqımız bundan sonrada Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə daha  neçə-neçə möhtəşəm uğurlara, qələbələrə imza atacaqdır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri