28 sentyabr 2024 00:28
81

Hipertoniya demensiya inkişafı üçün ən güclü amildir

Bir çox insanlar yaşla yaddaşın pisləşməsi ilə qarşılaşırlar ki, bu da müasir həkimlər tərəfindən demensiyanın əlamətlərindən biri hesab edilir. Rusiyalı həkim Aleksandr Myasnikov "Ən vacibi haqqında" verilişinin yeni buraxılışında risk faktorları və qarşısının alınması üsulları haqqında danışıb.

15 il ərzində aparılan araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, yüksək qan təzyiqi ilə təkcə infarkt deyil, həm də demensiya riski artır.

Həkim izah edib ki, hipertoniya demensiyanın nkişafı üçün ən güclü risk faktorudur: qan damarları əziyyət çəkir, qan damarları dəyişdikcə qan damarlarının incə şəbəkəsi də dəyişir.

“Maraqlısı isə odur ki, demensiyanın qarşısının alınmasında və müalicəsində qidanın böyük əhəmiyyəti var”, -deyə həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”