01 oktyabr 2024 15:28
116

"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir

Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.

Bu barədə “İki sahil"ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.