02 oktyabr 2024 20:42
611

BANM-da COP29 çərçivəsində ideathon yarışı keçirilib - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Bridging the Gap - Youth and Green Jobs Market” mövzusunda ideathon keçirilib.

“İki sahil” xəbər verir ki,  COP29 çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə baş tutub.  “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin bir hissəsi olaraq, gənclərin yaşıl fəaliyyətə cəlb olunması məqsədini güdür.

“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Birləşmiş Millətlər Təşkilatı İnkişaf programının İnnovasiya rəhbəri (UNDP) Leyla Seyidzadə və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova çıxış ediblər.

Ölkəmizdə həyata keçirilən ekoloji inkişaf tədbirlərindən söz açılıb, gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.

Eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq məsələlərindən bəhs edilib.

Sözügedən yarışda ümumilikdə 15 komanda iştirak edib. Gənclərin yaşıl iqtisadiyyata yönəlməsini təşviq edən bu ideathon, gənclərin innovativ fikirlərini və həll yollarını ortaya çıxarmaq üçün mükəmməl bir platformadır.