05 oktyabr 2024 21:30
81

"Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib.

“İki sahil” xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. "Sabah" komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. "Araz-Naxçıvan"ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Səbail" komandası "Şamaxı"nı məğlub edib - 2:0. Turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə IX tura yekun vurulacaq.