06 oktyabr 2024 22:22
131

İdmançımız mundialın qalibi olub

Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.

50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub. Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.