07 oktyabr 2024 12:17
596

Bakı Ali Neft Məktəbi 33 Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu - Ölkə tarixində rekord!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncama əsasən Prezident təqaüdünə layiq görülmüş tələbələrin 33 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu. Təqaüdçülərin üçdə birini Ali Məktəbin  tələbələri təşkil edir.

BANM-ın Prezident təqaüdçülərindən 9 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Kimya mühəndisliyi, 11 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri isə Kompüter elmləri ixtisaslarının tələbəsidir.

5-ci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.

Tələbələrimizi ürəkdən təbrik edirik, qürur duyuruq!