07 oktyabr 2024 17:37
129

“Azəriqaz”ın “QAZandım” Proqramının əsas missiyası...

“Azəriqaz” İB ailəsi transformasiya layihəsinin “QAZandım” Proqramı çərçivəsində kommersiya və əməliyyat səmərəliliyinin artırılmasını hədəfləyən təşəbbüslərin müzakirəsi üçün 3-cü Rəhbər Komitə iclası 2 oktyabr tarixində SOCAR Tower-da baş tutub.

“İki sahil” xəbər verir ki,  iclasda 8 yeni təşəbbüs Komitə üzvləri tərəfindən təsdiqlənib. Təqdim edilən hər təşəbbüs SOCAR və “Azəriqaz” İB ilə yanaşı, həm də ölkə üçün dəyər yaradan təşəbbüslərdir. Təşəbbüslərin uğurlu şəkildə icra olunması məqsədilə işlərə başlanılıb.

Qeyd edək ki, “QAZandım” Proqramının missiyası Azərbaycan ərazisində ailələrə və qeyri-əhali sektoruna sərfəli qiymətlərlə fasiləsiz, təhlükəsiz və səmərəli qaz təchizatını təmin etməkdir.