07 oktyabr 2024 18:15
98

Samur-Abşeron kanalından tapılan meyitin şəxsiyyəti müəyyən olunub

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb. Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

Bu barədə M. Məlikovun yaxınları məlumat verib. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.