07 oktyabr 2024 22:12
97

Alimlər buna görə Nobel aldılar

Viktor Ambros və Hari Ravkinin Tibb üzrə Nobel mükafatı aldıqları mikroRNT molekulunun kəşfi şiş xəstəliklərinin diaqnozu üçün ümidvericidir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutunun elmi rəhbəri, akademik Valentin Vlasov deyib.

“MikroRNT-lər kiçik molekullardır, uzunluğu təxminən 20 nukleotiddir. Onlar həm bitkilərdə, həm də heyvanlarda olur. Bədən onları tənzimləyici kimi istifadə edir. Bədəndəki prosesləri mikroRNT-lərin ölçülməsi ilə müşahidə etmək olar, çünki məsələn, şiş xəstəliklərinin inkişafı ilə RNT konsentrasiyasında dəyişikliklər meydana çıxır. Bu, ilk növbədə şiş xəstəliklərinin diaqnozu üçün vacibdir və digər tərəfdən, genlərə təsir etmək üçün getdikcə daha çox istifadə edilməyə başlayır”, - akademik bildirib.