07 oktyabr 2024 21:34
370

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iki bəyanatına qoşulmayıb

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında şuranın iki bəyanatına qoşulmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İctimai Televiziyaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Bu bəyanatlardan biri “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri”, ikincisi isə “beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatdır.