Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib.
O, qeyd edib ki, uzunluğu 1155 kilometr olacaq ötürücü kabel Avropaya elektrik enerjisinin ixracına imkan verəcək, həmçinin Avropa ilə internet əlaqəsini daha sürətli edəcək.
“Bu layihənin həyata keçirilməsi çox vacibdir. Bizim tərəfdaşlarımız konkret ölkələrdir: Rumıniya, Azərbaycan, Macarıstan. Bu çox mühüm layihə onlarla tərəfdaşlıq şəraitində həyata keçiriləcək”, - İ.Kobaxidze bildirib.