“Müharibəyə yox! Agenturaya yox” – Tbilisi küçələrində hakim “Gürcü Arzusu” partiyasının yeni təbliğat plakatları yapışdırılıb.
“İki sahil” xəbər verir ki, lövhələrdə sözügedən şüarların fonunda müxalifət nümayəndələri nümayiş etdirilir.
Belə ki, lövhələrdə qırmızı fonla Gürcüstanın qərbpərəst partiyalarının liderlərinin fotoları yer alıb və onları zəncirdə saxlayan bir əl təsvir olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl hakim “Gürcü Arzusu” partiyası küçələrdə plakatlar asıb və videolar yayımlayıb, orada sabit Gürcüstanı və dağıdılmış Ukraynanı müqayisə edərək müxalifətin ölkəni bu yola sürüklədiyi vurğulanıb. (Report)