11 oktyabr 2024 01:58
80

Laçın MDB-nin mədəniyyət mərkəzi seçildi

Rusiya Prezidenti Vladimir Putin bunu Nikol Paşinyanın iştirak etdiyi iclasda özü elan etdi

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildi. Bunu Rusiya Prezidenti Vladimir Putinin  Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın da oturduğu zalda bildirməsi daha maraqlı oldu. Çünki tədbirin iştirakçıları Ermənistanın Laçın iddiasını, onu heç vaxt Azərbaycana qaytarmayacaqlarını elan etdiklərini yaxşı bilirdilər. Ancaq Paşinyan bu xəbəri sükut içərisində qarşılamalı oldu. Çünki etiraz etsə onu rüsvayçı vəziyyətdə öz yerində oturdardılar.

Prezident Vladimir Putin sözünün ardınca dedi: “Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”.

Təbii ki, Rusiya dövlətinin başçısının bu sözləri bizim üçün xoşdur. Ancaq Vladimir Putin tərəfindən işlənən hər söz Paşinyana şillə kimi dəyirdi.  Prezident İlham Əliyevin tədbirdə vurğuladığı kimi, xəbər  laçınlılarla bərabər, Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Aydındır ki, Laçın mədəniyyət paytaxtı olmağa namizəd qismində məqsədli şəkildə təklif olunub. Gözlənti budur ki, beynəlxalq birlik ərazi bütövlüyümüzün bərpasını, aranlı-dağlı Qarabağın gerçək   sahibinin kim olduğunu təsdiq etsin. Dostlarımızın üzü gülsün, qələbəmizi həzm etmək istəməyənlər isə ya Azərbaycan dövlətinə  hörmətlə davranmağı öyrənsinlər, ya da göz yaslarına dəm versinlər...

İclasda deyilənlər İrəvana çatanda böyük bir mərəkə qopub.

Əvvəldən də gözlədiyimiz kimi, sağalmaz "erməni xəstəliyinin" daşıyıcıları olan daşnaklar və onlardan törəyən revanşist ünsürlər İrəvanda haray-həşir salıblar. Onlar bir xeyli  Azərbaycana və bir az da Rusiya tərəfə hürəndən sonra Laçını əcaib bir adla təqdim etməklə sərsəm fikirlər səsləndiriblər. Sonra saxta tarixlərindən qurama sitatlar gətiriblər. Görəsən hələ də şəhər və rayonlarımızı eybəcər və uydurma adlarla adlandıran bu saxtakar haylara Laçının bir dəxli varmı? Əlbəttə, yoxdur. Sadəcə bunların abırsızlıqlarının və həyasızlıqlarının həddi-hüdudu bilinmir. Hayların ata-babalarının Azərbaycana eşşək arabalarında gətirilməsinin cəmi iki yüz illik tarixi var. Bunu özləri də bilirlər, lakin qanlarına işləmiş “erməni xəstəliyi” əsl həqiqətləri etiraf etməyə imkan vermir. Necə olub ki, Laçın, Şuşa, Xankəndi, İrəvan və digər şəhər və kəndlərimizi o vaxtlar ərazimizdə olmayan haylar tikiblər? Bunlar nə əcaib varlıqlardır? Etdikləri əməllər şeytanın belə ağlına gəlməz. Nə isə...

 İbrahim xanın inşa etdirdiyi Xankəndi də, Laçın və Şuşa da, hamısı şəksiz-şübhəsiz Azərbaycan şəhərləridir. Bünövrələrini Azərbaycan türklərinin qoyduğu qədim yaşayış məskənləridir.  İndi bircə azərbaycanlının yaşamadığı İrəvan şəhərinin təməl daşını Şah İsmayılın vəziri və sərkərdəsi Rəvanqulu xan qoyub. Şəhərə məhz onun adı verilib. İrəvanın tikilməsinə 1504-cü ildə başlanıldığı da məlumdur. Ermənilər isə bu şəhərə 325 ildən sonra köçürülüblər. Onların gəlişi ilə bölgədə casusluq və separatçılıq yayılmağa başlayıb, Cənubi Qafqaz xalqları arasında nifaq yaranıb.

Qeyd etmək lazımdır ki, oktyabrın 13-də ermənilər bu şəhərlə bağlı uydurduqları növbəti “tarixi” qeyd etməyə hazırlaşırlar. Ssenariyə əsasən, “İrəvanın 2806-cı ildönümü münasibətilə” şəhərdə müxtəlif kütləvi tədbirlər keçiriləcək, bayram konserti olacaq.

Burada rusiyalı alimlərdən birinin məşhur fikrini xatırlatmağın yeri var: “Ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludurlar”. Əlbəttə, saxta tarix "düzəldənlərə"...Ermənilər indiyədək İrəvanın gah 3000, gah da 2500 illiyini keçiriblər. İndi isə 2806 illiyini bayram edirlər. Bu rəqəmlər nəyin göstəricisidir? Əlbəttə, xəyanətin, yalançılığın, başıpozuqluğun, ifrata varmağın, özgənin torpağından özünə xəyali tarix və məskən "düzəltməyin."

Məlumdur ki, Ermənistan da Müstəqil Dövlətlər Birliyinin (MDB)üzvüdür. Haylar axmaqcasına çıxardıqları yüz cür hoqqaya, siyasi demaqogiyaya baxmayaraq nə MDB-dən, nə KTMT-dən və Avrasiya İqtisadi Birliyindən çıxmağı düşünmürlər. Hara çıxırlar? Axı, hələ özlərinə möhkəm dayaq tapmayıblar. Ona görə də baş nazir Nikol Paşinyan ayağının altını qazdığı Vladimir Putinin ad gününü təbrik etmək üçün hədiyyə ilə Moskvaya gedib. Belarus Prezidenti Aleksandr Lukaşenko demış, başqa kimə lazımdır onlar?

Biz yaramaz qonşumuzla ondan fərqli olaraq düşmənçiliyin aradan qaldırılması üçün addımlar atmağa hazırıq. Odur ki, bundan sonra özlərini yaxşı aparsalar və sülh müqaviləsini də vaxtında imzalayarlarsa, ardınca iki ölkə arasında diplomatik əlaqələr qurularsa, gələn il MDB-nin mədəniyyət paytaxtı kimi Laçına səyahət edə bilərlər. Şübhəsiz, sırf  turist qismində, qanunlarımıza ciddi əməl etməklə və özlərini adam kimi aparmaqla. Təbii ki, əlləri azərbaycanlıların qanına batmış qatillər bir daha torpağımıza ayaq basa bilməzlər. Əgər çaşıb gəlsələr həbsxanalarımızın qapıları onların üzünə açıqdır. Dinc soydaşlarımıza qarşı cinayət törətməmiş haylara isə digər qonaqlar kimi Qarabağın başqa görməli yerlərini gəzməyə  şərait yaradıla bilər. Düşünmək üçün düz bir il vaxtları var. Düşünsünlər...

Vəli İlyasov, "İki sahil"