Türkiyənin Təhsil Nazirliyi tədris proqramında dəyişikliklər edəcək.
“İki sahil” “TRT”yə istinadla xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.
Bildirilib ki, yeni yanaşmaya uyğun olaraq, tarix üzrə tədris proqramında fundamental dəyişikliklər ediləcək və “Mərkəzi Asiya” termini “Türkistan” ilə əvəz olunacaq.
Ekspertlər qeyd edib ki, sözügedən qərar gələcək nəsillər arasında vətənpərvərliyin gücləndirilməsinə yönəlib. Eyni zamanda, onların fikrincə, bu dəyişiklik Türk dünyasında ümumi tarixin, ədəbiyyat, xəritə və əlifbanın yaradılması daxil olmaqla, əlaqələrin möhkəmləndirilməsi üzrə daha geniş strategiyanın bir hissəsidir.