12 oktyabr 2024 14:56
150

XİN: Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür

Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib: "Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".