14 oktyabr 2024 11:57
76

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.

AYNA-dan "İki sahil"ə bildirilib ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Həmçinin korroziyaya dayanıqlı olan bu nişanlar maksimum işıqqaytarıcı və aydın görüntünü təmin edir.

Əvvəlkilərlə müqayisədə daha kompakt ölçüləri sayəsində bu nişanlar şəhərimizdə xoşagəlməz görüntünü azaltmağa kömək edir.