14 oktyabr 2024 11:47
120

"Azəriqaz"ın Baş direktoru Şəmkirdə həm vətəndaş qəbulu  keçirdi, həm də qabaqcıl əməkdaşları mükafatlandırdı 

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü .nzyŞəmkir rayonunda keçirilib. Birlik rəhbəri Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan qəbula üz tutan 24 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkir Regional qaz istismarı Sahəsində olub. Səfər çərçivəsində Birlik rəhbəri bir qrup əməkdaşla görüşərək onların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra 12 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

İB-in Baş direktoru səfər çərçivəsində həm də Şəmkir Regional Qaz İstismarı Sahəsində çalışan bir qrup əməkdaşla görüşərək onların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər  və görülən işlər haqqında ətraflı məlumat verilib. Daha sonra 12 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyələrlələ mükafatlandırılıb.

Elçin Zaman, "İki sahil"