16 oktyabr 2024 00:05
234

Xroniki stresi necə aradan qaldıraq?

Bu gün dünyada əhalinin təxminən 30%-i xroniki stress vəziyyətində yaşayır. Bu, qastrit və xoralara, hipertoniyaya və bronxial astmaya səbəb ola bilər. Stresdən qurtulmağa nə kömək edir? "Rossiya" kanalında yayımlanan "Ən vacibi haqqında" tok-şousunda rusiyalı həkim dietoloq Elvira Fesenko bu suala cavab verib.

İdman

Stress hormonu kortizolun istehsalını azaldır və xoşbəxtlik hormonları olan endorfinlərin istehsalını stimullaşdırır.

Təbəssüm

5 dəqiqəlik sağlam gülüş 30-40 dəqiqəlik istirahəti əvəz edir, nevroplastikliyi və hətta həzm proseslərini yaxşılaşdırır.

Ətraf mühitin dəyişikliyi

 Bədxərclik etmək lazım deyil. Sadəcə adi şəkli dəyişdirin: mebeli yenidən düzəldin, daxili əşyaların yerini dəyişin, xırda detalları yeniləyin.

Qidalanma

Stress qidalanmadan da bilavasitə asılıdır. B qrupunun vitaminləri stresi azaldır. Banan, taxıl çörəyi, dənli bitkilər, mal əti qaraciyəri və skumbriya balığı bu vitaminlərlə zəngindir.

Nubar Süleymanova, “İki sahil”