"Sumqayıt"ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.
“İki sahil” xəbər verir ki, 35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb.
Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub