Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Daşkəsən şəhərində olub.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, oktyabrın 15-də Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək, fiziki bacarıqlarını sınayıblar.
Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub