Bakı Ali Neft Məktəbi ilə ACCA arasında Anlaşma Memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan və Gürcüstan Regional Mərkəzinin meneceri Ülgen Coşkun imzalayıblar.
Sənəd Bakı Ali Neft Məktəbi ilə adıçəkilən institut arasında peşəkar mühasibatlıq sahəsində kadr potensialının inkişafında geniş əməkdaşlığı nəzərdə tutur.
Memorandum Bakı Ali Neft Məktəbi və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” çərçivəsində imzalanıb.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO