18 oktyabr 2024 09:12
94

Ukrayna PUA istehsalını artırıb

Ukrayna 2024-cü ildə dron istehsalını əvvəlki illə müqayisədə 10 dəfə artırıb, prioritet səmərəliliyə və yeni texnologiyalara keçib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi teleqram kanalında xəbər yayıb. "Ukrayna pilotsuz uçuş aparatları sənayesinin istehsal gücü 2024-cü ildə 2023-cü illə müqayisədə 10 dəfə artıb", - məlumatda deyilir. Nazirliyin məlumatına görə, istehsal gücü 2023-cü ildəki 300 min ədəd drondan 2024-cü ildə 4 milyona yüksəlib.

Mütəxəssislər həmçinin rəqabətin yaxın illərdə istehsalçıların konsolidasiyasına gətirib çıxaracağını gözləyirlər.