18 oktyabr 2024 09:17
78

Gəncədə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub-Yenilənib

Gəncədə mənzildə başvermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

“İki sahil” xəbər verir ki, Gəncədə partlayış nəticəsində 1980-ci il təvəllüdlü Könül Xudaverduyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və partlayış səbəbdən şoka düşənlər də olub. Hazırda onlara yerləşdirildiyi xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.