18 oktyabr 2024 12:52
71

Rusiya İstintaq Komitəsi MƏLUMAT YAYDI

Rusiya İstintaq Komitəsi Ukrayna ordusunun Rusiyanın yeni regionlarında və sərhədyanı rayonlarına hücumları nəticəsində dəyən ziyanla bağlı məlumatları yeniləyib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, İdarənin rəhbəri Aleksandr Bastrıkinin sözlərinə görə, dəyən zərər hazırda 7,8 milyard rubl qiymətləndirilir. Sentyabrın əvvəlində İstintaq Komitəsi bərpa üçün 7,5 milyard rubl tələb olunacağını bildirmişdi.

“3,3 min obyekt, o cümlədən yaşayış və fərdi yaşayış binaları, təşkilati binalar, uşaq bağçaları, məktəblər, nəqliyyat vasitələri yoxlanılıb. Onların bərpasının dəyəri 7,8 milyard rubl dəyərində qiymətləndirilir”, - deyə Bastrıkin bildirib.

İstintaq Komitəsinin sədri əlavə edib ki, bu il İstintaq Komitəsinin kriminalistika mərkəzində 700-dən çox kompleks tikinti-texniki qiymətləndirmə, o cümlədən mühasibat məhkəmə ekspertizası aparılıb.