18 oktyabr 2024 23:57
79

İtaliyada sel və daşqınlar bir nəfərin həyatına son qoyub

İtaliyanın şimal-qərbindəki Liquriya və Toskana regionlarında baş verən sel və daşqınlar bir nəfərin həyatına son qoyub.

“İki sahil” xəbər verir ki, güclü leysan yağışları çayları məcrasından çıxarıb, yüzlərlə ev su altında qalıb. Köməksiz vəziyyətdə qalan 50 nəfər mülki müdafiə qüvvələri tərəfindən xilas edilib.

Bəzi ərazilərə 100-200 millimetr yağıntı düşüb, torpaq sürüşmələri olub. Daşqınlar infrastruktura ciddi ziyan vurub, dəmir yolu stansiyaları və tramvay xətləri zədələnib. Bir çox şəhərdə ibtidai və orta məktəblərdə tədris dayandırılıb. Liquriya regionunda davam edən əlverişsiz hava şəraitinə görə “qırmızı xəbərdarlıq” elan olunub.

Əhaliyə diqqətli olmaları və mümkün qədər az hərəkət etmələri barədə xəbərdarlıq edilib.